İqtisadiyyat.az xəbər verir ki, Roma Papası vəzifəsinə seçilən 267-ci şəxs ABŞ-dən Robert Francis Prevost olub.
Qeyd edək ki, bu seçim tarixə düşüb – Robert Prevost ABŞ-dən seçilən ilk Papa adını qazanıb.
Bu hadisə Vatikan tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
***20:15
Vatikanda yerləşən Sikstin Kapellasının bacasından ağ tüstü yüksəlir – bu, yeni Roma Papasının seçildiyi anlamına gəlir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Onun adı daha sonra açıqlanacaq.
Qeyd edək ki, daha əvvəl – 7 may tarixində Vatikan şəhərində yeni Papanı seçmək üçün konklav (kardinal seçkiləri) başlamışdı.
Səsvermə qapalı şəkildə hər gün iki dəfə həyata keçirilirdi. Namizədin seçilməsi üçün o, kardinal-seçicilərin üçdə ikisindən bir səs artıq – yəni “iki üçdəbir + bir səs” çoxluğunu əldə etməli idi.
SON DAKİKA: Vatikan’da beyaz duman görüldü, yeni papa seçildi. pic.twitter.com/p32r5B0eZk
— Pusholder (@pusholder) May 8, 2025