Bu tarixdən etibarən iki nəqliyyat vasitəsinin toqquşma halında zərərçəkən tərəf artıq öz sığorta şirkətinə müraciət edəcək.

Bunu açıqlamasında Mərkəzi Bankın Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

O bildirib ki, zərərlərin birbaşa tənzimlənməsi qaydası noyabr ayının 1-dən etibarən qüvvəyə minəcək.Bu tarixdən etibarən iki nəqliyyat vasitəsinin toqquşma halında zərərçəkən tərəf artıq öz sığorta şirkətinə müraciət edəcək.

Vüsal Qurbanovun sözlərinə görə bunun nəticəsində sığorta şirkətlərində motivasiya əmələ gələcək ki,onlar öz müştərilərinə daha yaxşı xidmət göstərməyə təbii ki,daha çevik xidmət göstərməyə daha ədalətli qiymətləndirmə həyata keçirməyə maraqlı olacaqlar.

Mərkəzi Bank rəsmisi sığorta şirkətlərinin sığorta ödənişinin operativ həyata keirilməsində maraqlı olmasının səbəblərini də açıqlayaraq "Ona görə ki,onlar öz müştərilərini yenidən sığortalamaya cəlb etmək  və yaxud digər sığorta xidmətlərini onlara təklif edilməsi məmnunluğun artırılması üçün səy göstərəcəklər. Düşünürük  ki, sığorta ödənişlərinin edilməsinin operativliyinə müsbət təsir göstərəcək.,"-deyə qeyd edib.