Rusiyada Toyota Land Cruiser 300 modelinin qiyməti artmaqda davam edir.

Ölkədə hər ay modelin qiyməti qalxır. Məsələn, Toyota oktyabr ayında bütün modellərin qiymətlərini qaldırmışdı.

Hazırda Rusiyada 1263  sözügedən modeldən var. Ötən ay 448 avtomobil satılıb. Bu ay da qiymətlərin artmağı satışa kəskin təsir edib.

Hazırda Toyota Land Cruiser 300 modelin qiyməti 5 776 000 milyon rubldur. ( 137 468 min manat) Model ilk dəfə Rusiyada satışa çıxarılandan bəri qiymətində 219 min rubl ( 5 222 min manat) artım baş verib.

Qeyd edək ki, Toyota Land Cruiser 300 modeli Rusiyada ilk dəfə yayın əvvəlində satışa çıxarılmışdı.