“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” gecəsini Azərbaycanın Mədəniyyət paytaxtı Şuşada qeyd etmək üçün fürsət yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, arzusunda olanlar təzə ili Şuşa şəhərində nağılabənzər ab-havada qarşılaya biləcəklər.

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” gecəsini yeni istifadəyə verilmiş 5 ulduzlu Şuşa hotelində qeyd etmək mümkün olacaq.

Kamran Yaradanquliyevin aparıcılığı ilə davam edəcək Yeni il gecəsində Əməkdar artist Abbas Bağırov, Xalq artisti Ənvər Sadıqovun rəhbərliyilə “Qaytağı” instrumental ansamblı və digər məşhurların ifaları təqdim olunacaq.

Eyni zamanda möhtəşəm atəşfəşanlıq gecəni unudulmaz edəcək.

Arzusunda olanlar üçün işğaldan azad edilmiş ərazilərə turlar təşkil olunacaq. 

Doğma Qarabağımızda - Şuşada Yeni İli qarşılamaq istəyənlər aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

050 277 40 00
070 277 40 00