Yeni il tətilində regionlarda istirahət neçəyə başa gələ bilər? – Ekspert qiymətlərdən danışdı

2024-cü ilin bitməsinə bir aydan az bir zaman qalıb. 2025-ci ilin gəlişi ilə əlaqədar olaraq isə qarşıda bizi bir həftəlik yeni il tətili gözləyir. Bir çox insanlar adətən yeni ili qarşılamaq üçün regionlara üz tutur və müxtəlif otellərin təklif etdiyi istirahət paketlərindən istifadə edirlər. Hotellərə kütləvi axın olduğundan qiymətlərin də bahalaşması hər zaman aktuallaşır. Bu il də qiymətlərin artacağı haqda fikir bildirənlər az deyil.
Xəbərlər yüklənir...









