Yeni ilin gəlişi ilə əlaqədar olaraq Bakıda supermarket və ticarət mərkəzlərində bayram atributlarının - şam ağaclarının və digər aksesuarların satışına başlanılıb.

İqtisadiyyat.az-ın əməkdaşı paytaxt üzrə bəzi satış və ticarət mərkəzlərində olub və məhsulların qiymətləri ilə maraqlanıb.

Belə ki, bir çox satış məntəqələrində şam ağaclarının qiyməti ölçüsündən asılı olaraq dəyişir.

Müxtəlif satış məntəqələrində 5 manatdan başlayaraq 456 manata və daha baha qiymətə satılan şam ağaclarına rast gəlmək mümkündür.

Bəzi supermarketlərdə satışa çıxarılan və hündürlüyü 0.90 sm olan şam ağacının qiyməti 11-12 manatdır. Bəzək əşyalarının qiyməti isə 3 manatdan başlayır. 

Belə ki, bir çox ticarət mərkəzlərində hündürlüyü 1.80 sm olan şam ağacı 200 manat, hündürlüyü 2.10 sm olan şam ağacı isə 270 manata təklif olunur. Yeni il oyuncaqları isə 2 manatdan başlayır.  

Bundan əlavə, bəzi satış məntəqələrində hündürlüyü 1.50 sm olan şam ağacı 162 manat, hündürlüyü 1.80 sm olan şam ağacı 206 manat və hündürlüyü 2.40 sm olan şam ağacı isə 456 manat təşkil edir.

Bununla yanaşı, satış məntəqələrində kiçik ölçülü süni şam ağaclarına da rast gəlmək mümkündür. Bu şam ağacı oyuncaqları ölçüsündən asılı olaraq 4, 6, 9 manata alıcılara təklif olunur.

Qeyd edək ki, ötən illərlə müqayisədə Yeni il atributlarında ciddi şəkildə qiymət artımına rast gəlinməyib.

Əli Ağayev