“Yaxın gələcəkdə süni intellektlə bağlı yeniliklər olacaq”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Rəqəmsal minimalizm” konsept mesajı ilə keçirilən “Digital Marketing Conference” çərçivəsində "Yaradıcı kontent və müştəri cəlbi"” panelində çıxış edən Endorphin şirkətinin təsisçisi Orxan Kərimov deyib.

O qeyd edib ki, süni intellektin inkişafı sürətlənib:

“Təbii ki, süni intellektin zərərləri və faydaları var. Süni intellekt uzun zamandır həyatımızdadır və bu sahə daha da təkminləşəcək. Süni intellektin zərərləri ilə üzləşmək seçimə bağlıdır. Bütünlükdə indiki halda süni intellektden zöv alaq. Çünki yaxın zamanlarda maraqlı hadisələr baş verəcək”. 

Gülşən Şərif