Yəmənin müvəqqəti paytaxtı Ədəndə yanacaq çatışmazlığı səbəbindən elektrik sisteminin 80%-i dayanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yəmən Elektrik Qurumu məlumat yayıb.

Məlumata görə, elektrik stansiyalarının fəaliyyətini minimum səviyyədə davam etdirməsi üçün böyük səy göstərilir. Bildirilib ki, hazırda Ədəndə 5 elektrik stansiyası var.

 

Gözəl Həşimova