“Yelo Bank” mövcud kart tarifləri üzrə dəyişikliklər edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank müvafiq qərar qəbul edib.

Belə ki, 4 dekabr 2024-cü il tarixindən etibarən kənar terminallarda Yelo kart hesablarına komissiyasız mədaxil limiti maks. 2000 AZN (ekv.) təşkil edəcək.

Ay ərzində 2000,01 AZN (ekv.) məbləğdən artıq mədaxil olduqda isə 1% komissiya haqqı tətbiq olunacaq.

Xatırladaq ki, sözügedən limit məbləği hazırda 3000 manatdır.