2023-cü ildə yaz fəsli Azərbaycana 21 Mart saat 01:24-də daxil olacaq.

Bu barədə İqtisadiyyat.az-a Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.

Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 18:57-də bahar əvəz edəcək.