2026-cı ilədək dünya üzrə ödənişli televiziya bazarı 30 mlrd. ABŞ dolları azalacaq.

Bu barədə "Global Pay TV Revenue Forecasts"adlı hesabatda deyilir.

Ekspertlər 2016-cı ildə 138 ölkədə ödənişli TV-dən əldə olunan gəlirlərin 201 mlrd. dollara çatdığını qeyd edirlər. 2020-ci ildə gəlirlər 173 mlrd. dollara enib. Yaxın beş ildə isə bu rəqəmin 143 mlrd. dollar olacağı proqnozlaşdırılır.

Platformalara gəldikdə, hesabatda peyk televiziyası gəlirlərinin 16 mlrd. dollar, kabel televiziyası gəlirlərinin 12 mlrd. dollar azalacağı da qeyd edilir. Analoq televiziya bazarı isə daha 2 mlrd. dollar itirəcək, halbuki IPTV-nin əhəmiyyətli dərəcədə azalması ehtimal olunmur.

Eyni zamanda, dünya üzrə ödənişli televiziya xidmətlərinin abunəçi bazası 2026-cı ilədək 1 milyardı ötəcək.