Azərbaycanda yaşı 35-dən aşağı olmayan və azı iki uşağı olan şəxslər cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə biləcək.

İqtisadiyyat.az bildirir ki, bu, “Reproduktiv sağlamlıq haqqında” model qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin ciddi müzakirələrə səbəb olan Tibbi sterilizasiya adlanan 16-cı maddəsidir. Bu maddəyə əsasən yaşı 35-dən aşağı olmayan və azı iki uşağı olan şəxslər arzuolunmaz hamiləliyin qarşısını almaq məqsədilə cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə bilərlər.