Azərbaycanda yaşayış binalarının damında verlişlərin kollektiv qəbulu üçün televiziya anteni və radio verilişi şəbəkə dirəyinin quraşdırılması nəzərdə tutulmalıdır.

Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, damda radiorele dirəklərinin və qüllələrinin quraşdırılması qadağandır.report