Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 68 milyon manata çatır.

Fonda toplanan vəsait 67 847 590.74 manatdır. Həmin vəsaitdən 18 020 887.43 manatı fiziki şəxslər, 49 826 703.31 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 56 945 867.49 manatı xərclənib. Vəsaitin qalığı isə 10 901 723.25 manatdır.