Yasamal rayonu, Moskva prospekti (tunelin çıxış hissəsində) hərəkətdə olan yük avtomobilində yanğın baş verib.

Bu barədə İqtisadiyyat.az-a NİİM-dən məlumat verilib.

Bildirilib ki, hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.