Yasamal rayonunda yaşayış binasının zirzəmisində yanğın olub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğın söndürülüb.