Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələnib. 

Baku TV xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Türkədi kənd sakini Həsən Əhmədovun karantin rejimini pozaraq, həyətində yas mərasimi təşkil etməsi faktını aşkarlayıb. 

Dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyatla yas mərasiminin keçirilməsi dayandırılıb.

Ev sahibi Həsən Əhmədov və yas mərasimdə iştirak edən bir neçə nəfər saxlanılaraq, rayon polis şöbəsinə dəvət olunub.

Onlarla profilaktiki söhbətlər aparıldıqdan sonra hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati cərimə tətbiq olunub.