Yaponiyada ötən il 758 min 631 uşaq doğulub. Bu da ölkə tarixindəki ən aşağı səviyyədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, 2023-cü ildə yeni doğulanların sayı 2022-ci illə müqayisədə 5,1% azalıb. 

Qeyd edək ki, yeni doğulanların sayı 1949-cu ildə 2,69 milyon ilə ən yüksək həddə çatıb. Bu rəqəm 2016-cı ildə ilk dəfə olaraq 1 milyondan aşağı düşüb.

Bundan əlavə, Yaponiyada 2023-cü ildə qeydə alınan nikahların sayı son 90 ildə ilk dəfə olaraq 500 mindən aşağı düşüb.

 

Gözəl Həşimova