Yaponiyanın "Suzuki" və "Skydrive" şirkətləri 12 elektrik mühərriki ilə təchiz edilmiş və üç nəfərin daşınması üçün nəzərdə tutulmuş uçan avtomobillərin istehsalına başlayıblar.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, sürətli daşınma üçün şaquli qalxma və enmə, həmçinin saatda maksimum 100 kilometr sürətlə 15 kilometrə qədər məsafədə hərəkət edə bilən "Skydrive" (SD-05) modeli taksi kimi istifadə ediləcək.

Hələlik ildə 100-ə yaxın uçan elektromobil istehsal etmək planlaşdırılır.