Yaponiyada qızılın qiyməti investorların bu aktivə artan marağı fonunda yenidən tarixi maksimumunu yeniləyib.

İqtisadiyyat.az xəbər verir ki, bunu treyderlərin və ticarətin məlumatları sübut edir.

Belə ki, Ölkənin ən böyük qiymətli metal istehsalçılarından və satıcılarından biri olan Tanaka Kikinzoku çərşənbə axşamı 1 q qızılın pərakəndə satış qiymətini 15,104 yen (indiki məzənnə ilə 98,63 dollar) səviyyəsində müəyyən edib.