Yaponiya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Honsü adasında yerləşən Yokosuka şəhərindən 621 km cənub-şərqdə yerləşib. 

Təkanlar yerin 60 km altında qeydə alınıb.

Dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.