Yaponiya və Britaniya XİN başçıları arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Yoşimasa Hayaşi və onun britaniyalı həmkarı Ceyms Kleverli telefon danışıqları zamanı Hind-Sakit okean regionunda ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Y. Hayaşi Londonun bu məsələdə iştirakını alqışlayaraq, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün Britaniya hakimiyyət orqanları ilə əlaqələri gücləndirmək niyyətində olduğunu bildirib.