Yaponiya Ukraynaya 470 milyon dollar vəsait ayırıb.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Baş naziri Fumio Kisida Kiyevə səfərindən sonra jurnalistlərə açıqlamasında açıqlama verib:
"Ukraynaya enerji və digər sahələrdə yardım üçün təmənnasız 470 milyon dollar ianə verəcəyik".
Qeyd edək ki, daha əvvəl Yaponiya Ukraynaya travmatik silahların tədarükü üçün 30 milyon dollar ayrıldığını açıqlamışdı.