Şimali Koreya bazar ertəsi ballistik raketlərin üç buraxılışını həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, raketlərin düşmə sahəsi dəqiqləşdirilməyib. Eyni zamanda, NHK telekanalı mənbələrə istinadla raketlərin Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşdüyünü qeyd edib.

Fevralın 18-də Pxenyan Yapon dənizi istiqamətində “Hvason-15” qitələrarası ballistik raketi də buraxıb.