Yaponiya hökuməti ABŞ və Kanadadan sonra Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bildirib.

Yeni sanksiyalar fiziki şəxslərin, təşkilatların və Rusiya maliyyə institutlarının aktivlərinin dondurulması ilə bağlı olacaq. İxracına qadağa qoyulan məhsulların siyahısı da genişləndiriləcək. Xüsusilə, dronların istehsalı ilə bağlı müddüalar ora əlavə olunacaq.