Yaponiyanın ən böyük gəmiçilik şirkətləri regionda vəziyyətin pisləşməsi ilə əlaqədar Qırmızı dəniz vasitəsilə daşımaları tamamilə dayandırır.

İqtisadiyyat.az "NHK" telekanalına istinadən xəbər verir ki, qərar "NYK Line", "Mitsui OSK Lines" və "Kawasaki Kisen Kaisha" tərəfindən qəbul edilib.

İndiyədək onlar yalnız İsraillə əlaqəli gəmilərə daşımaları məhdudlaşdırıblar. Lakin indi bütün gəmilərin bu dəniz vasitəsilə daşımaları dayandırılacaq.

Alternativ marşrut Afrikanın cənubundakı "Ümid" burnu vasitəsilə olacaq ki, bu da çatdırılma müddətinin uzadılmasına və daşınma xərclərinin artmasına səbəb olacaq.

 

Gözəl Həşimova