Yaponiya Mərkəzi Bankı faiz dərəcəsini -0,1% əvəzinə 0-0,1% səviyyəsində müəyyən edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankın iki günlük iclasının yekunu üzrə qərarında deyilir.

Bununla da Yaponiya Bankı son 17 ildə ilk dəfə faiz dərəcəsini artırıb. Bildirilib ki, son illərdə faktiki olaraq mənfi səviyyədə müəyyən edilmiş uçot dərəcəsi artırılıb.

Bu qərarın qəbul edilməsinə əsas səbəb əmək haqlarının və əhalinin gəlirlərinin artması olub ki, bu da 2% səviyyəsində sabit inflyasiyanın əldə olunmasına şərait yaradır.

 

Gözəl Həşimova