İqtisadiyyat.az bu barədə "Trading Economics"ə istinadən xəbər verir.
Qeyd edilib ki, ölkə iqtisadiyyatı son bir ildə ilk dəfə kiçilib.
Məlumata görə, yanvar-mart aylarında ölkə iqtisadiyyatının yarıdan çoxunu təşkil edən istehlak xərcləri dəyişməyib. Dövlət xərcləri də eyni səviyyədə qalıb. Bu arada, biznes kapitalına investisiyalar 1,4% artıb.
Hesabat dövründə Yaponiyanın ixracı 0,6% azalıb, idxalı isə 2,9% artıb.
Birinci rübdə Yaponiyanın ümumi daxili məhsulu (ÜDM) illik əsasda 0,7% azalıb.
Gözəl Azadəliyeva