Yaponiyanın "Tokyo Electric Power" şirkəti “Fukusima-1” Atom Elektrik Stansiyasının suyunu okeana tökməyə başlayıb.

Bu barədə İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, təmizlənmiş su sahildən bir kilometr məsafədə sualtı tunel vasitəsilə boşaldılacaq. Gün ərzində isə 460 ton su axıdılacaq. İlk 17 gün ərzində 8 tondan az su buraxılacaq. Bildirilib ki, səlahiyyətlilər hava şəraitinə uyğun olaraq prosesə bu gün başlayacaqlar.

Əlavə edək ki, "Fukusima-1" AES-də 2011-ci ildə qəza baş verib. Reaktorları soyutmaq üçün istifadə edilən su təmizləndikdən sonra çənlərdə saxlanılıb. Lakin hazırda çənlər 90% doludur. Bununla əlaqədar olaraq səlahiyyətlilər təmizlənmiş suyu tökmək qərarına gəliblər.

 

Gözəl Həşimova