Yaponiya, ABŞ və Filippin hakerlərin artan təhlükələrini nəzərə alaraq kiberhücumlardan qorunmaq üçün birgə sistem yaratmaq niyyətindədir.

Bu barədə İqtisadiyyat.az "Nikkei" qəzetinə istinadən xəbər verir.

Bu barədə razılıq gələn həftə Vaşinqtonda keçiriləcək üçtərəfli sammit zamanı əldə edilməlidir. İlk növbədə, üç ölkə kritik infrastrukturu hakerlərin təsirindən qorumaq üçün tədbirləri gücləndirmək niyyətindədir. Bu, dövlət qurumlarının və müdafiə idarələrinin serverlərinə də aiddir.

Bu məqsədlə Yaponiya, ABŞ və Filippin bu sahədə əlaqələri gücləndirirlər.

 

Gözəl Həşimova