Yapon döyüş təyyarələri 1945-ci ildə İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra ilk dəfə qonşu Filippinin sahillərinə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin (ASDF) bəyanat yayıb.

Bəyanatda ASDF və Filippin Hərbi Hava Qüvvələri (PAF) müdafiə sahəsində əməkdaşlığı və koordinasiyanı artırıldığı açıqlanıb.

İki ASDF F-15 qırıcısı Filippinin paytaxtı Manilanın şimal-qərbindəki Malabakatdakı Klark hava bazasına eniş edib.

Qeyd edək ki, İkinci Dünya Müharibəsi zamanı Yaponiya İmperiyası Filippini 3 ildən çox işğal etmişdi.

Məhəbbət Məmmədov