Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilir.

İclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.

Həmin şəxslərin adlarını təqdim edirik:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Xatırladaq ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya heyətində ənənəvi qaydada 18 nəfər olur. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Məsələ aprelin 27-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.