Cari ilin yanvar-sentyabr aylarında ölkədən 217,6 min ton neft koksu ixrac edilib.

Dövlət Gömrük Komitəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 56 milyon 349,9 min ABŞ dolları olub.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 106 min ton və ya 32 milyon 153,7 min dollar dəyərində neft koksu ixrac edilib.