2023-cü ilin yanvar-fevral aylarında İspaniyadan Türk limanlarına 1 milyon 821 min 94 ton yük daşınıb.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Türkiyə bayrağı altında üzən gəmilər İspaniyadan limanlara 165 min 396 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 651 min 924 ton yük çatdırıb.

Bu müddət ərzində İspaniya bayraqlı gəmilərlə Türkiyə limanlarına 3 min 774 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarına İspaniyadan 737 min 45 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyə limanları 27 milyon 551 min 878 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 245 min 391 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 25 milyon 306 min 487 ton olub.

2023-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 642 min 936 ton transit yük daşınıb.

Bununla yanaşı, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 59 milyon 643 min 642 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 151 min 820 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 55 milyon 491 min 822 ton təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 12 milyon 145 min 781 ton transit yük daşınıb.