Yanvar-aprel aylarında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 10.2 mln. ton, ixracı isə 8.5 mln. ton olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov açıqlayıb.

Qeyd edək ki, bu dövrdə 2.6% artımla hasil edilmiş 16.2 mlrd.m3 qazın 8.4 mlrd.m3 ixrac olunub.