Yanvar-aprel aylarında 33,7 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 32,8 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 48,2 milyon dollar olmaqla, 52,8 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilmişdi.

Hesabat dövründə 180,4 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib. Plastmas və onlardan hazırlanan məmulatların dəyəri 160,7 milyon dollar olub. Ötən ilin eyni dövründə dəyəri 140,1 milyon dollar olmaqla, 134 min ton plastmas və onlardan hazırlanan məmulatların ixracı həyata keçirilmişdi.

Bu müddətdə 73,4 milyon dollarlıq 27,4 min ton alüminium ixrac olunub. Keçən ilin eyni dövründə 27,3 min ton alüminium ixrac olunub ki, onun da məbləği 100,1 milyon dollar təşkil etmişdi.