2021-ci ilin oktyabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 125,4 min nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onlardan 97,9 min nəfərdən çoxu yaşa, 14 min nəfərdən çoxu əlilliyə, 13,4 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.