İqtisadiyyat.az xəbər verir ki, bu məsələ Milli Məclisin  bu gün keçirilən iclasında müzakirə edilən “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilib ki, icra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

- Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar teleb olunan məlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, orlarını vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.