““Xudafərin” və “Qız Qalası” su anbarlarının tikintisi başa çatmaq üzrədir”.

Bunu açılamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, hər iki anbar tikilib, istifadəyə hazır vəziyyətdədir:

“Növbəti illərdə anbarların su ilə doldurulması və istifadəyə verilməsi təmin olunacaq. Hər iki anbar Araz çayı üzərində və İranla sərhəddə yerləşdiyi üçün Azərbaycan və İran tərəfindən birlikdə istifadə olunacaq”.

O qeyd edib ki, hər iki dövlət üçün anbarlarda suyun bölgüsü bərabər olacaq.oxu.az