Nizami Gəncəvi bütün həyatı boyu Azərbaycanın qədim Gəncə şəhərində yaşayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə bildirib.

XİN rəsmisi deyib ki, Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir.

Ayxan Hacızadə qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanda milli səviyyədə geniş hörmət qazanıb.

XİN rəsmisi bu həftə Azərbaycanda X Qlobal Bakı Forumunun keçiriləcəyini xatırladıb və Forumun Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirildiyinə diqqət çəkib.