İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət bildirib.

Avtomobilin uzunluğu 4999 mm, eni 1996 mm və hündürlüyü 1600 mm, təkər bazası 3000 mm-dir.

Elektromobilin boş çəkisi 2405 kiloqramdır. Bu, artıq ikinci "Xiaomi" elektromobilidir - birincisi mart ayında bazara çıxan "Xiaomi SU7" avtomobilidir.

Model öndə 220 kilovat, arxada isə 288 kilovatlıq elektrik mühərriki ilə təchiz edilib. Avtomobilin maksimal sürəti saatda 253 kilometrlə məhdudlaşdırılıb. Krossover 2025-ci ilin iyun-iyul aylarında satışa çıxarılacaq . Avtomobil "Tesla" "Model Y" ilə rəqabət aparacaq.

 

Gözəl Həşimova