Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz tarixində əhəmiyyətli bir nailiyyəti əldə edib. Belə ki, onun smartfonlarının aktiv istifadəçi sayı 500 milyon insanı keçib. Bununla da Xiaomi dünya liderləri olan Apple ilə Samsung şirkətlərinin sahib olduqları eyni səviyyəyə yüksəlib. Son illərdə Xiaomi büdcəli smartfonların regional istehsalçısından premium smartfonlar bazarında ciddi mövqelərə sahib qlobal şirkətə çevrilib. Regional bazarlarda çox yaxşı tanınmasına baxmayaraq Xiaomi brendinin qlobal səviyyədə də tanınmasına COVID-19 pandemiyası vasitəçi oldu. Şirkət öz mövqelərini əsasən Hindistan bazarında gücləndirdi. Belə ki, bu ilin birinci rübünə əsasən Xiaomi Hindistanda ən böyük smartfon istehsalçısı statusunu qazanıb. Hindistan və Çindən başqa digər bazarlarda isə şirkət üçüncü yerdə qərarlaşır.

“Hər şeydən əvvəl, nəyisə məhdudlaşdıran zaman aydın başa düşməliyik ki, istifadəçilərimiz əziyyət çəkməyəcək”, - deyə rusiyalı nazir vurğulayıb.

O xatırladıb ki, Rusiyanın qarşısında onunla rəqabət apara biləcək Amerika video platformasının analoqunu yaratmaq vəzifəsi durur.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə ölkədə internetin söndürülməsi ehtimalını istisna etdiyini bildirib. Onun sözlərinə görə, prezidentin indi aydın şəkildə qarşıya qoyduğu tapşırıqlar yerinə yetiriləcək və heç kim internetə çıxışsız qalmayacaq.Technote