Bu gün Moskvada Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurası keçiriləcək.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, tərəflər Xəzər əməkdaşlığının inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçiriləcək tədbirdə Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan nümayəndələri də iştirak edəcək.

Xatırladaq ki, dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak etmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.

 

Gözəl Həşimova