AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Xəzər dənizində püskürən palçıq vulkanı ilə bağlı daha bir məlumat yayıb.

Mərkəzdən bildirilib ki, iyulun 4-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən Xəzər dənizindəki Daşlı adasında palçıq vulkanının püskürməsi qeydə alınıb.

Püskürmənin davamlığı = 8 dəq.

Dərinliyi = 1,48 km

Gücü (ml) = 2,17

Enerji=8.21*10^7 Joul

Koordinatlar: lat=39.62 lon=49.71

04.06.2021-ci il tarixində saat 21:51-də Daşlı adasında palçıq vulkanının püskürməsi və 05.06.2021-ci il tarixində Xəzər dənizində baş vermiş zəlzələnin episentrlər xəritəsi:

RSXM-nin seysmik stansiyalarında püskürmənin yazılışı