“1990-cı illərin sonunda il ərzində Xəzəryanı ölkələrdə ümumi 30 min ton balıq ovlanırdısa, bu rəqəm 2005-ci ildən sonra 1 000 ton civarında olub”.

Bu barədə Ekologiya və təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov bildirib.

Onun sözlərinə görə, 2011-ci ildən Xəzər dənizində nərə balıqlarının ovu ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub:

“Hazırda Xəzər dənizi hövzələrində nərə balığının artırılması üçün Xəzəryanı ölkələrdə balıqartırma zavodları fəaliyyət göstərir.

Bütün bunlar olmasaydı indi Xəzər dənizində nərə balıqlarının populyasiyasını təmin edə bilməzdik”.

O qeyd edib ki, hazırda Xəzər dənizində ekosistemin bərpa prosesi gedir: “Xəzər dənizində kilkə ehtiyatı artır. Yaxın illərdə digər balıq növlərinin artmasını gözləyirik”.