“Xətai Çörək” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın aprelin 26-da keçirilməsi nəzərdə tutulub.

Toplantı yerinin əlverişsiz şəraitdə olduğunu nəzərə alaraq, yığıncaq onlayn qaydada keçiriləcək.

Yığıncağın gündəliyinə Cəmiyyətin ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı, müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi, idarə heyətinin üzvlərinin seçilməsi və təftiş komissiyasının yaradılması məsələsi daxil edilib.

Bundan əlavə, aprelin 26-da “Azəroksigen” ASC səhmdarlarının da növbəti illik ümumi yığıncağı keçiriləcək.

İclasda Cəmiyyətin 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı müzakirə olunacaq.

Həmçinin aprelin 26-da “AZENCO” ASC -nin səhmdarlarının da növbəti illik ümumi yığıncağı keçiriləcək.

İclasda Cəmiyyətin idarə heyətinin illik hesabatı, illik hesabatının təsdiqi, müşahidə şurasının hesabatı, maliyyə-təftiş komissiyasının hesabatı müzakirə olunacaq.

Eyni zamanda Cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyə-təftiş komissiyasının yeni tərkibinin seçilməsi, maliyyə nəticələrinin müzakirəsi və mənfəətin bölüşdürülməsi məsələsi gündəliyə daxil edilib.