Kaxovka bəndinin uçması nəticəsində su basmış 7 kənddən su tamamilə çəkilib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Daxili İşlər Nazirliyindən verilən açıqlamada Xerson vilayətində Dnepr çayının sağ sahilində yerləşən 28 yaşayış məntəqəsinin su altında qaldığı bildirilib, 2 min 779 nəfər təxliyə edilib.

Bəyanatda Olqivka, Mikaylivka, Lvov, Burgunka, Stepanivtsi, Bobroviy Kut və Zapovit kəndlərində vəziyyət qismən normallaşıb.

Xatırladaq ki, sel suyun səviyyəsi dünənlə müqayisədə 32 santimetr azalaraq 2,13 metr olub.