Sağlam həyat tərzi xərçəng riskini 40% azaltmağa kömək edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Hər hansı bir xroniki xəstəliyin, o cümlədən xərçəngin yaranması qeyri-sağlam həyat tərzi ilə əlaqədar baş verir. Bu baxımdan ilk öncə siqaret və spirtli içkini atmaq tövsiyə olunur.

Mütəxəssislər bildiriblər ki, artıq çəki itirmək, günəşdə gəzmək və qaralmaq bir çox xərçəng növünün inkişaf riskini azaltmağa kömək edəcək.

Xərçəngə yoluxma hallarının sayının artması bilavasitə emal olunmuş ətin (kolbasa, hisə verilmiş ət, fast food) istehlakı ilə bağlıdır. Qidada bu məhsulların miqdarını minimuma endirmək, təzə meyvə və tərəvəzləri daha çox istehlak etmək lazımdır.

 

Gözəl Həşimova