"X" öz istifadəçiləri üçün yeni funksiyalar təqdim etməyə hazırlaşır.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı "X"-in (keçmiş "Twitter") baş direktoru Linda Yaccarino açıqlama verib.
O bildirib ki, istifadəçilər telefon nömrələrini kiməsə vermədən platformada video zənglər edə biləcəklər. Həmçinin şirkət qarşıdakı dövrdə platformasında bankçılıq və ödəniş xidmətləri də təklif etməyi planlaşdırır.
Bu funksiyadan "Zoom", "Microsoft Teams", "Google Meet" və "Apple FaceTime" başda olmaqla, bir çox proqramlar istifadə edir.
Gülşən Şərif