Ukraynanın Xarkov şəhərində ibtidai sinif şagirdləri müharibə ilə əlaqədar metro stansiyalarında qurulan siniflərdə təhsillərini davam etdirirlər.

Bu barədə İqtisadiyyat.az "Anadolu Agentliyi"nə istinadən istinadən xəbər verir.

Məlumata görə, Rusiyanın tez-tez raket hücumlarının hədəfi olan Xarkovda bəzi metro stansiyalarında ibtidai sinif şagirdləri üçün sinif otaqları qurulub.

Sentyabrda tədris ilinin başlanması ilə metronun yuxarı mərtəbəsində yerləşən sinif otaqları istifadəyə verilib. Xarkov bələdiyyəsinin təşkil etdiyi siniflərdə şəhərin müxtəlif məktəblərindən mindən çox uşaq təhsil alır və idmanla məşğul olurlar. Burada şagirdlərə yemək də verilir.

Bildirilib ki, Xarkovda 5 metro stansiyasında 1080 uşaq təhsil alır. Ümumilikdə isə 64 sinif var və bunun 26-sı birinci sinifdir.

 

Gözəl Həşimova